Hikmət Hacıyev israilli həkimlərə təşəkkür edib

11:47 05.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qazilərə göstərdikləri köməyə görə israilli həkimlərə təşəkkür edib.

Hafta.az-ın məlumatına görə, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.

O bildirib:

"Biz yaralı əsgər və zabitlərimizə oftalmoloji dəstək göstərmiş israilli həkimlərə və İsrailin Azərbaycandakı səfirliyinə təşəkkürümüzü bildiririk. Bir həyatı xilas edən, dünyanı xilas edir".