Hikmət Hacıyev NATO-nun mənzil-qərargahında olacaq

10:51 17.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahını ziyarət edəcək.

 

Hafta.az xəbər verir ki, bu barədə alyansın mətbuat məlumat yayıb.

 

Səfər zamanı onun NATO Baş katibinin müavini Mirça Coane ilə görüşəcəyi qeyd olunur.