Hikmət Hacıyev Qaluzinlə görüşdü

19:01 10.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycana gəlib.

Hafta.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Mixail Qaluzinlə görüşdüyünü bildirib.

Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.