Hindistan-Çin sərhəd probleminin həll olunması məqsədilə Moldoda Hindistan və Çin Baş Komandirlərinin 6-ci görüşü keçirilib.
Hafta.az-ın yazdığına görə, görüş, iki ölkə Müdafiə nazirlərinin sentyabrın 4-də Moskvada baş tutan görüşünün və Xarici İşlər nazirlərinin sentyabrın 10-da keçirilən görüşünün fonunda baş tutub. Hər iki ölkənin Xarici İşlər naziri tərəflərin dialoqu davam etdirmək və toqquşma yaşanan bütün sahələrdə sürətli və hərtərəfli şəkildə geri çəkilmələri barədə razılığa gəlib.
Baş Komandirlər təxminən 50 gün sonra bir araya gəliblər.
Görüşdən sonra tərəflər Baş komandirlərin hər hansı görüşündən sonra ilk dəfə olaraq ortaq mətbuat buraxılışı yayımlayıb. Buraxılış hər iki tərəfin faktiki nəzarət xətti boyunca geri çəkilmə öhdəliyini əks etdirir. Geri çəkilmə hər iki tərəfin faktiki nəzarət xəttinin müvafiq tərəflərindəki daimi postlarına doğru qoşunların geri çəkilməsini zəruri edən mürəkkəb bir prosesdir. Bunun üçün qarşılıqlı razılaşdırılmış və qarşılıqlı tədbirlər tələb olunur. Hər iki tərəf bütün toqquşma sahələrindən tamamilə geri çəkilmək istiqamətində çalışsa da, eyni zamanda sabitliyi təmin etmək də zəruridir. Komandirlərin son görüşü ümumilikdə bu kontekstdə dəyərləndirilməlidir.
Qeyd edək ki, 6-cı görüş Baş komandirlərə faktiki nəzarət xətti ətrafında vəziyyəti sabitləşdirmək istiqamətində səmimi və dərin fikir mübadiləsi aparmaq imkanı yaradıb. Tərəflər həmçinin, hər hansı fikir ayrılığı və yanlış mühakiməyə yol verməmək, cəbhə bölgəsinə daha çox qüvvə göndərməyi dayandırmaq, vəziyyəti birtərəfli dəyişdirməkdən çəkinmək və problemi mürəkkəbləşdirə biləcək hərəkətlərdən yayınmaq məqsədilə faktiki rabitəni gücləndirmək barədə qərara gəlib.
Tərəflərin bütün toqquşma sahələrindən tamamilə geri çəkilmək, sərhəd bölgələrində sülh və əmin-amanlığın tam bərpasına nail olmaq istiqamətində müzakirələrini davam etdirdiyi zaman atılacaq addım, status-kvonu birtərəfli şəkildə dəyişdirmək cəhdlərindən yayınmaqdır. Bununla əlaqədar olaraq hər iki tərəf, baş komandirlərin növbəti görüşün ən qısa zamanda keçirilməsinə qərar verib. Buna paralel olaraq Hindistan-Çin Sərhəd Problemi üzrə Məşvərət və Koordinasiya İşçi Mexanizminin növbəti iclasının da tezliklə baş tutacağı gözlənilir.