Hindistan istehsalı olan öskürək siropu ilə bağlı xəbərdarlıq

09:30 09.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İraqda Hindistanda yerləşən bir şirkət tərəfindən istehsal edilən öskürək dərmanının korrupsioner partiyasının tapıldığını açıqlayıb. ÜST İraq hökumətinə əhalinin sağlamlığını təhdid edən vəziyyətlə bağlı xəbərdarlıq edib.

Hafta.az-ın yazdığına görə, ÜST “Cold Out” adı ilə satılan özkürək şərbətinin İraqda tapıldığını və laboratoriya analizinə göndərildiyini bildirilib.

Dərman məhsulları ilə bağlı xəbərdarlığında təşkilat dərman seriyasının Dabi Life Pharma-nın xeyrinə “Fortis Laboratories India” tərəfindən istehsal edildiyini, tərkibində dietilen qlikol və etilen qlikol çirkləndiricilərinin normadan qat-qat çox olduğunu nəzərə çatdırıb.

Açıqlamada partiyanın tərkibində 0,25 faiz dietilen qlikol və 2,1 faiz etilen qlikol olduğu, hər iki birləşmə üçün icazə verilən təhlükəsizlik həddinin 0,10 faizdən çox olmaması vurğulanıb.

ÜST izah edib ki, istehsalçı və marketinq şirkəti məhsulun təhlükəsizliyinə və keyfiyyətinə zəmanət vermir.

Adı çəkilən şirkətlər mövzu ilə bağlı açıqlama verməyiblər.

Bu, xaricə satılan şübhəli öskürək dərmanları ilə bağlı aylardır edilən son xəbərdarlıqdır. Hazırda Hindistan istehsalı olan 5 dərman üzərində araşdırma aparılır.

Hindistanda istehsal olunan öskürək siropunun ötən il Qambiya və Özbəkistanda ən azı 89 uşaq ölümü ilə əlaqəsi üzə çıxmışdı. Hindistan səlahiyyətliləri, Kamerunda uşaqların ölümünə səbəb olan öskürək siropu ilə əlaqəli olan "Reman Labs" şirkətində də qanun pozuntuları aşkar etmişdilər.

Hindistanın əczaçılıq tənzimləyicisi Özbəkistana sirop ixrac edən “Marion Biotech” şirkətinin lisenziyasını ləğv edib və onun bəzi işçiləri barəsində həbs qərarı çıxarıb.

Qambiyadakı ölümlərdə əli olduğu bildirilən “Medien” şirkəti bu ölümlərə öz dərmanlarının səbəb olduğunu inkar edir. Hindistan hökuməti isə öz laboratoriyalarında apardığı sınaqlarda nümunələrdə heç bir toksin tapmadığını bildirir.