Hindistanın ölkəmidəki səfirliyi Hindistanın keramik plitələr və qranitini Azərbaycanın aparıcı keramik plitə və tikinti materialları idxalçıları arasında tanıtmaq üçün tədbir keçirib. Tədbir Hindistan keramika və qranitinin yüksək keyfiyyətini və iqtisadi səmərəliliyini vurğulamaq, iki ölkə arasında daha güclü ticarət əlaqələrini gücləndirmək üçün platforma rolunu oynayıb.

Hafta.az-ın yazdığına görə, Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan tədbirdə çıxış edərək Hindistan keramika məhsullarının dünya miqyasında rəğbət qazandığını deyib. O, Azərbaycan idxalçılarını öz satınalma ehtiyacları üçün Hindistan keramik plitələrinin və qranitinin bənzərsiz keyfiyyətini və rəqabətli qiymətlərini nəzərə almağa çağırıb.

Tədbirin informativ gündəliyinə əlavə olaraq, müşavir Sanjay Jain ətraflı təqdimat vasitəsilə Hindistan keramika plitələr və qranit sənayesi haqqında icmalı təqdim edib. O, Hindistanda bu materialların istehsalında müasir texnologiya və innovativ dizaynlardan istifadə olunduğunu bildirərək, ölkənin bu sektor üzrə əldə etdiyi nailiyyətləri nümayiş etdirib.

Keramika plitələr və qranit üzrə ixtisaslaşmış Hindistan ixracatçılarından ibarət səkkiz nəfərlik nümayəndə heyəti tədbirdə iştirak üçün Bakıya gəlib. CAPEXIL (Hindistanın Kimya və Müvafiq Məhsulların İxracının Təşviqi Şurası) nümayəndəsinin rəhbərlik etdiyi nümayəndə heyəti azərbaycanlı həmkarları ilə məhsuldar ikitərəfli (B2B) görüşlər keçirib, əməkdaşlıq imkanlarını və ticarətin genişləndirilməsini araşdırıb.

Tədbir, Hindistan ixracatçılarının öz məhsul təkliflərini ətraflı müzakirə etdiyi interaktiv sual-cavab sessiyası ilə başa çatıb.
Azərbaycanlı iştirakçılar, ikitərəfli ticarət əlaqələrində artım potensialını qeyd edərək, hindistanlı tərəfdaşlarla öz müsbət təcrübələrini və ikitərəfli ticarətin faydalı tərəflərini bölüşüblər.

Hindistan səfirliyinin rəsmiləri, qarşılıqlı iqtisadi əməkdaşlığa sadiqliyi gücləndirməklə, Hindistandan yüksək keyfiyyətli keramik plitələrinin gətirilməsi istiqamətində davamlı dəstək verəcəkləri ilə bağlı azərbaycanlı idxalçıları əmin ediblər.

Tədbirin sonunda, Hindistanın zəngin kulinariya irsinin ləzzətini təqdim etmək və iki ölkə arasında mədəni mübadiləni daha da gücləndirmək məqsədilə iştirakçılara xüsusi hind təamlarından ibarət şam yeməyi verilib.