Hindistan smartfonlardan istifadəyə görə cərimə tətbiq edir

19:32 18.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hindistan kəndlərinin birində yerli hakimiyyət azyaşlıların smartfonlardan istifadəsinə qadağa qoyub. Bu barədə 91mobiles nəşri məlumat yayıb. Söhbət Maharaştra ştatının Bansi kəndindən gedir.

Kənd rəhbərliyi qadağanı qadcetlərin uşaqlarda yaratdığı asılılıq ilə izah edib. Yeni qaydanı pozduqlarına görə dəcəl yeniyetmələrin valideynləri 200 rupi cərimələnəcəklər. Qeyd olunur ki, yeni direktiv kənd soveti üzvlərinin noyabrın 11-də keçirilən sonuncu iclasında yekdilliklə qəbul edilib.

“Biz bilirik ki, həyata keçirilməsində çətinliklər olacaq, lakin biz onları ailələrlə aparılan maarifləndirici söhbətlərin köməyi ilə həll edəcəyik. Yalnız təkrar pozuntulara görə cərimələr tətbiq ediləcək. Birinci qanun pozuntusundan sonra biz məsləhətləşmələr aparacağıq”, - deyə 91mobiles Gəcanan Teil kənd administrasiyasının nümayəndələrindən birinə sitat gətirib.