Hindistan və ABŞ Çinlə sərhədə yaxın birgə təlimlər keçirir

17:36 29.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hindistan və ABŞ Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri Hindistanın şimalında, Himalay dağlarında, Çin sərhədi yaxınlığında yerləşən Uttarxand əyalətində illik birgə Yudh Abhyas təlimi keçirir.

Bu manevrlərin məqsədi Hindistan və Amerika xüsusi təyinatlılarının qoşunları arasında təcrübə mübadiləsi aparmaqdır. Hindistan Müdafiə Nazirliyindəki mənbələr bildiriblər ki, onlar yüksək dağlıq ərazilərdə antiterror əməliyyatları və fəlakətin nəticələrinin aradan qaldırılması əməliyyatları aparırlar.
Yudh Abhyas manevrləri artıq 18-ci dəfədir ki, həyata keçirilir. Onlarda Hindistan ordusunun Assam alayının əsgərləri və ABŞ ordusunun 11-ci hava-desant diviziyasının əsgərləri iştirak edir.

Hindistan ordusunun xidmətində olan təlimlərə Mi-17V5 hərbi-nəqliyyat helikopterləri, pilotsuz uçuş əleyhinə sistemlər və digər müasir silahlar cəlb olunub.

Keçən il Yudh Abhyas manevrləri Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Richardson ABŞ Ordu Bazasında keçirilib.

Oxunma sayı 1615
Dünya rubrikasından digər xəbərlər