Hindistan xüsusi təyinatlılar üçün 750 pilotsuz təyyarə alacaq

13:08 26.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Müdafiə Nazirliyi düşmən xəttində əməliyyatlar aparan xüsusi təyinatlılar üçün yerli sənayedən 750 ədəd mini-pilotsuz uçuş aparatının (PUA) alınması üçün tender elan edib.

"Çinlə sərhədlər boyunca qeyri-sabit vəziyyət düşməni gecə-gündüz izləməli və xüsusi tapşırıqlar üçün hədəflərin skan edilmiş şəklini ötürməli olan bu dronların tez bir zamanda alınmasını tələb edir", - Hafta.az bildirir ki, Pioneer qəzeti müdafiə mənbələrinə istinadən yazır.

Xüsusi təyinatlılar üçün alınan mini PUA-lar - çəkisi 2 kq, uçuş müddəti 30 dəqiqə olan kvadrokopterlər gecə-gündüz termal görüntülü müşahidə kameraları ilə təchiz ediləcək. Bu qurğular mühüm hədəfləri və düşmən komandanlığını məhv etmək üçün xüsusi təyinatlıların əməliyyatlarında istifadə üçün nəzərdə tutulub.