Hindistanda ilk müsəlman qadın döyüş təyyarəsi pilotu seçilib

14:20 24.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
 
 

Hindistanın şimalındakı Uttar Pradeş ştatından olan Saniyə Mirzə adlı qız ölkənin ilk müsəlman qadın döyüş təyyarəsi pilotu seçilib.

Hafta.az-ın ANİ-yə istinadən yazdığına görə, televiziya ustası Şahid Əlinın qızı olan Saniyə Mirzə dekabrın 27-də Pine şəhərində yerləşən ölkənin aparıcı birgə müdafiə hazırlığı institutu olan Milli Müdafiə Akademiyasına gələcək.

"Uçuş leytenantı Avani Çaturvedidən ilhamlandım və onu görəndə Akademiyaya daxil olmaq qərarına gəldim. Ümid edirəm ki, daha gənc nəsil də bir gün məndən ilham alar", - xanım Mirzə deyib.

Şahid Əli də qızı haqqında deyib ki, o, əvvəldən Çaturverdi kimi olmaq istəyirdi. Saniyə ölkədə döyüş pilotu seçilən ümumilikdə ikinci qızdır.

Son aylar Hindistanın federal Müdafiə Nazirliyi ölkənin Hərbi Hava Qüvvələrində qadın pilotların yerləşdirilməsi üçün eksperimental planını daimi etmək qərarına gəlib.

2015-ci ildə qadınların Hindistan Hərbi Hava Qüvvələrinə qırıcı pilot kimi qatılmasına icazə verildiyi halda, 2016-cı ildə “Qısamüddətli qadın zabitlərin Fighter Arm of Flight Branch-ə işə qəbulu” proqramı başladı. Bu il isə Akademiyaya imtahanda həm kişilər, həm də qadınlar üçün cəmi 400 yer ayrılıb: 19 yer qadınlara, 2 yer isə qırıcı pilotlar üçün. Saniyə qəbul üçün iki cəhd edib. Birincisi uğursuz olsa da, ikinci dəfə arzusuna çatıb.

Anası Təbəssümün dediyinə görə, Saniyə doğulduğu kənddə ilham mənbəyinə çevrilib. "Qızımız bizi və bütün kəndi qürurlandırdı. O, ilk qırıcı pilot olmaq arzusunu həyata keçirir. O, kəndin hər bir qızını öz arzularının ardınca getməyə ruhlandırırıb", - anası deyib. 

Qeyd edək ki, 2021-ci ildə Hindistan Ali Məhkəməsinin qərarından sonra qadınların silahlı qüvvələr üçün zabitlər hazırlayan Milli Müdafiə Akademiyasına daxil olmasına icazə verilib.