Hindistanda aparıcı müxalifət partiyası “Hindistan Milli Konqresi”nin Madhya-Pradeş ştatında regional şöbəsinin liderlərindən biri, keçmiş dövlət naziri Raca Pateria baş nazir Narendra Modini öldürmək çağırışlarına görə saxlanılıb. Bu barədə hafta.az NDTV telekanalına istinadən xəbər verir.
Hindistan telekanalları Pateriyanın partiya tərəfdarlarına müraciət edərək "konstitusiyanın xilası üçün Baş nazir Modini öldürməyə hazır olmağa" çağırdığı bir video yayımlayıb. Siyasətçi eyni zamanda bildirib ki, baş nazir “cəmiyyəti parçalayır”.
Daha sonra Pateria izah edib ki, o, fiziki qətli deyil, "Modi üzərində seçki qələbəsini" nəzərdə tutur. Bununla belə, Madhya Pradesh hökuməti polisdən müxalif siyasətçiyə qarşı "hazırkı baş nazirin öldürülməsinə çağırışa görə" dərhal iş açmağı xahiş edib.