Yazını böyüt
Yazını kiçilt
Saxta aşı sertifakatı əldə edən və ya bu yolla müsbət PCR nəticəsi alan vətəndaşların sayı və kimlikləri barədə sənədlər internetə düşüb.
Hafta.az-ın yazdığına görə, Rusiyada təxminən 500 min nəfərin məlumatları xakerlər tərəfindən toplanaraq satışa da çıxarılıb.
"Kommersant" qəzetinin məlumatında bildirilir ki, sızan qeydlərdə pasport məlumatları ilə yanaşı sosial təhlükəsizlik (SNİLS), ümumi tibbi sığorta (OMS), telefon nömrələri, ünvan və sertifikat tarixi göstərilir. Hakerlər qeydlərin hər birini 30-40 rubldan (ortalama 80 qəpik) satışa çıxarıb.
Qəzet yazır ki, İT mütəxəssisləri hakerlərin əldə etdiyi siyahıya şəxsi məlumatları düşən vətəndaşları çox güman ki, konkret olaraq Moskva və ətraf rayonlarda yaşayırlar.
Artıq Rusiyanın hüquq-mühafizə qüvvələri hakerləri tapmaq üçün hərəkətə keçiblər. Vətəndaşların şəxsi məlumatlarını açıqlamaq yoluyla şantaj etdikləri üçün hakerlər qanunla cəzalandırılacaqlar. Amma iş onlarla bitmir, saxta sağlıq sertifikatları əldə edən vətəndaşları da 1 ilədək həps cəzası gözləyir.