Polşada yerləşdirilən Hollandiya F-35 qırıcıları üç Rusiya hərbi təyyarəsini müşayiət edib. Hafta.az xəbər verir ki, bu barədə "Trouw" qəzeti Hollandiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Qəzet yazır ki, iki Hollandiya F-35-i üç Rusiya hərbi təyyarəsini müşayiət edib. Materialda qeyd olunur ki, bu uçuş Hollandiyanın Polşadakı missiyasının başlanmasından bəri ilk uçuş idi.
Fevralın 4-də səkkiz F-35A Lightning II qırıcısının NATO-nun şərq cinahında hava məkanının qorunması səylərini dəstəkləmək üçün Hollandiya Kral Hərbi Hava Qüvvələri (RNLAF) tərəfindən Polşadakı Malbork Hərbi Hava Qüvvələri bazasına köçürüldüyü bildirilib. Həmçinin qeyd olunub ki, dörd Hollandiya F-35 təyyarəsi hava patrul funksiyasını yerinə yetirəcək, qalanları isə təlim proqramları üçün istifadə olunacaq.