Yazını böyüt
Yazını kiçilt
Honq Konq səlahiyyətliləri, turizm və biznesi bölgəyə qaytarmaq üçün üç il ərzində COVID-19 pandemiyasından sonra maska taxmağı dayandırmaq qərarına gəlib. Bu barədə Reuters agentliyi administrasiya rəhbəri Con Liyə istinadən məlumat yayıb.
Qərar martın 1-dən qüvvəyə minəcək. Çin Xalq Respublikasının Xüsusi İnzibati Bölgəsi dünyada hələ də məcburi maska tələbi olan sonuncu yerlərdən biridir.
“Biz hesab edirik ki, bu qərar qəbul etmək üçün ən yaxşı vaxtdır. Bu, Honq-Konqun normala döndüyünə dair açıq bir siqnaldır” deyən Li, xəstəxanalar kimi yüksək riskli ərazilərdə idarəçilərin işçilərdən və ziyarətçilərdən maska taxmağı tələb edib-etməməsinə qərar verə biləcəyini qeyd edib.