Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Televiziyası böyük şair və dramaturq Hüseyn Cavidin vəfatının 80-ci ilində onunla bağlı nadir arxiv kadrları yayımlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatına görə, TV-nin yeni yaradılmış “AzTV tarix” adlı yutub kanalında yayımlanan videoda H.Cavidin nəşinin Azərbaycana gətirilməsi əks olunub.
Kadrlar 1982-ci ilə aiddir.
Ulu öndər Heydər Əliyev 1982-ci ildə - Hüseyn Cavidin anadan olmasının 100 illiyində onun İrkutskdakı məzarının aşkar edilməsinə və cənazəsinin qalıqlarının oktyabrın 26-da Azərbaycana gətirilməsinə nail olub.