Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın Hyuston şəhərində baş verən atışma nəticəsində ən azı üç nəfər həlak olub, bir nəfər isə yaralanıb.
Şəhər polisinin məlumatına görə, naməlum şəxs dörd nəfərə hücum edib. Onlardan üçü hadisə yerində ölüb, biri isə xəstəxanaya çatdırılıb.
Cinayətin motivi bilinmir. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqata başlayıb.
İnsidentin təfərrüatları barədə məlumat verilmir.