I sinfə şagird qəbulu yekunlaşır

09:21 15.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesi başa çatır.

 

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) saat 18:00-da bağlanacaq.

 

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.