Yazını böyüt
Yazını kiçilt
İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 12-ci turun oyunları keçirilir.
Hafta.az xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda çinli Dinq Lireni məğlub edib.
Qeyd edək ki, şahmatçımız ötən turların nəticəsinə görə, 6 xal toplayıb.
Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.