İdman zalları açılsın, açılmasın? - Tərsmütənasib

12:39 17.04.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Pandemiya ilə əlaqədar olaraq 1 ildən çox davam edən sosial qapanma insanların həyat fəaliyyətinə təsir etməkə yanaşı, birmənalı olmayan münasibətləri formalaşdırıb. Belə bir ərəfədə idman zalları necə, açılmalıdır, yoxsa qapalı qalmalıdır?

Məlahət Abbasova, həkim:

Bu iş artıq həkimlərin yaralı mövzusuna çevrilib. Mən idman zallarının açılmasını mühüm hesab edirəm. İdman zallarının açılması insanlarda immun sisteminin qaldırılmasına müsbət təsir edə bilər.

Uşaqlar evdə oturub getdikcə passivləşir, depressiyaya düşür, kökəlirlər. Bir var, uşaq evdə tək idman edir, bir də var, idman zallarına gedərək digər uşaqlara baxıb həvəslənir.  Onlayn dərs və daha sonra başını televizora, telefonlara baxmaqla qatan uşaqda nevroz problemləri də yaranır. Validenylərin də vaxtı yoxdur uşağlarını gəzməyə aparsınlar.

İdman zallarını qapatmaqdansa, orada məşq edənlərin sayını azaltmaq olar. 10 uşaq olmasın, olsun 5 nəfər. Baxın, son vaxtar nə qədər intiharlar oldu. Mən demirəm ki,bunlar sırf qapanma ilə bağlıdır. Bu qapanmaların da öz təsiri var. Axı hər adam qadağaları qəbul edə bilmir. Ola bilər ki, böyüklər buna dözümlülük göstərir. Uşaqlar getdkcə daha çox gərginləşirlər. Ona görə də hesab edirəm, sayca az insan qəbul edilməklə idman zalları açılmalıdır.

Məhluqə Qaramanlı, Əlil Qadınlar İctimai Birliyinin rəhbəri:

İndiki şəraitdə idman zallarının açılması doğru olmaz.  İnsanların sərbəst hərəkəti aktivləşən zaman virusun da aktivliyi müşahidə olunur.

Açıq havada və geniş məkanlarda hər hansı tədbirlərin keçirilməsinə, iş yerlərinin açılmasına izacə verilə bilər. İdman zalları əsasən çox qapalı olduğu üçün bu, sağlamlığa təhlükə yarada bilər. İdman edən hər bir kəsdə hərəkət zamanı nəfəsalma impulsivləşir və istər-istəməz çox nəfəs buraxıb, çox nəfəs alır. Bu zaman qapalı yerdə olduğu üçün əgər insan çoxdursa, kimlərinsə vasitəsilə virusa da yoluxma təhlükəsi çoxalır. Kim bilir ki, idman zalına daxil olanların hamısı sağlamdır. Məsələn, mən şahidiyəm ki, bir xəstə adamın liftə minməsindən sonra ora daxil olan bir neçə nəfər də yoluxdu, o ki qaldı, qapalı idman zalları olsun. Mən idman zallarının açılmasını doğru saymıram.