II Qareginin qardaşı oğlu həbs edildi

21:52 03.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsinin qərarı ilə bütün ermənilərin katolikosu II Qareginin qardaşı oğlu - Ambartsun Nersisyan 1 ay müddətinə həbs edilib.

Hafta.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Daha əvvəl Ermənistan İstintaq Komitəsi məhkəməyə II Qareginin qardaşı və qardaşı oğlu - 68 yaşlı Gevork Nersisyan ilə onun oğlu Ambartsum Nersisyanın həbsi ilə bağlı vəsatət təqdim edib. 

Onlar Vaqarşapatda xuliqanlıq və seçki təbliğat kampaniyasına mane olmaqda ittiham edilərək saxlanılıblar.