İki nəqliyyat vasitəsi özəlləşdirilib

18:57 30.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın dövlət qurumlarına məxsus 4 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.

Xidmətdən hafta.az-a bildirilib ki, hərracda iştirak etmək üçün 9 sifarişçi qeydiyyatdan keçib.

Rəqabətli keçən hərracda 2 nəqliyyat vasitəsi üzrə hərrac qalibləri müəyyənləşdirilib. Özəlləşdirilən nəqliyyat vasitələrinin yekun qiyməti ilkin satış qiymətindən 17,6 faiz yüksək olub. Digər 2 nəqliyyat vasitəsinə isə sifariş olmadığından həmin hərraclar baş tutmamış hesab edilib.