İkimərtəbəli yaşayış binası yanıb

10:26 17.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yanğın hadisəsi baş verib.

Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları və taxta qapı 10 m² sahədə qismən yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.