İkisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

11:04 17.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonun ərazisində 1, həmçinin Suraxanı rayonu ərazisində 1 nəfərin liftdə, Binəqədi rayonunda 1 nəfərin, Suraxanı rayonunda isə 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Hafta.az nazirliyə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ikisi azyaşlı olmaqla ümumilikdə 5 nəfər xilas edilib.​