İlham Əliyev bu cümə günü Soçidə Paşinyanla görüşəcək? – Erməni mediası

18:02 22.11.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 26-da, yəni qarşıdakı cümə günü Rusiya prezidenti Vladimir Putinin Soçidə Azərbaycan prezidenti İlham Əliyev və  Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır.

Hafta.az xəbər verir ki,  bu haqda  Ermənistanın “Baqramyan 26” teleqram-kanalı etibarlı mənbələrinə istinadla məlumat yayıb.

Xəbərdə deyilir ki, Ermənistan hökuməti bu məlumatı şərh etməyib.

Xatırladaq ki, bu günlərdə  Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışıqlarından sonra 15 dekabrda Brüsseldə Aİ və Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüş keçirməyə razılıq veriblər. Bu haqda Avropa İttifaqının rəsmi açıqlaması da yayılıb.