İmişlidə 5 ədəd sənədsiz ov tüfəngi aşkarlanıb

09:00 27.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində işlər görülür.

Hafta.az xəbər verir ki, aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində ötən gün rayon sakinlərindən 5 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.