İmişlidə ağır yol qəzası - 3 nəfər ölüb

14:19 02.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

Hafta.az xəbər verir ki, hadisə bu gün səhər saat 12:00 radələrində baş verib.

Belə ki, yük avtomobili ilə "VAZ 21099" markalı avtomobilin toqquşması nəticəsində Cahar kənd sakinləri 1964-cü il təvəllüdlü Vidadi Cəfərov, 1964-cü il təvəllüdlü Gülbəniz Cəfərova və 1956-cı il təvəllüdlü Vilayət Abbasova həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.