İmişlidə ikimərtəbəli inzibati bina yanıb

23:22 06.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişlidə yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, İmişli şəhərində ümumi sahəsi 1600 m² (hər mərtəbəsi 800 m²) olan ikimərtəbəli inzibati binanın (fəaliyyət göstərmir) birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.