İmişlidə vəzifəli şəxs öldü 

17:47 25.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli rayonunda bədbəxt hadisə yaşanıb.

Hafta.az xəbər verir ki, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb.

Belə ki, İmişli şəhər sakini, 1974-cü il təvəllüdlü Sərvər Şirinov bir neçə gün əvvəl evində yıxılıb. Nəticədə o aldığı xəsarətlər nəticəsində bu gün yaşadığı evdə dünyasını dəyişib. Məlumata görə, S. Şirinov bu müddət ərzində 2 dəfə xəstəxanaya müraciət edib.

Qeyd edək ki, mərhum uzun müddət idi ki, İmişli Rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışırdı.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./unikal/