İndiyədək vaksinasiyadan keçən təhsil işçilərinin sayı açıqlanıb

14:13 07.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Ən vacib məsələlərdən biri vaksinasiya məsələsidir"

Hafta.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, aprel-may aylarında təhsil müəssisələrinin 80 faizinin vaksin olunması əsas şərt kimi qoyulurdu: "İndiyədək 169 862 təhsil işçisi vaksinasiyadan keçib".