İngiltərənin 135 bölgəsində yoluxma halları artıb

11:25 18.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərənin 135 bölgəsində koronavirusa yoluxma halları artmağa başlayıb.

Hafta.az xəbər verir ki, İngiltərə İctimai Sağlamlıq mərkəzi tərəfindən açıqlanan rəqəmlərə görə, aprelin 12-nə qədər 135 bölgədə yoluxma sayı artıb.

Bölgələrdən Luton ,Bradford, Donkaster kimi ərazilər ən yüksək göstəriciyə sahibdir. Mütəxəssislər artıma səbəb kimi sərt karantin rejimin yumşaldılmasını göstəriblər.

Qeyd edək ki, ölkədə aprel ayının 12-dən etibarən ticarət mərkəzləri, mağazalar, gözəllik salonları, idman mərkəzlərinin fəaliyyəti bərpa olunub, kafe və restoranların isə sadəcə bağçası istifadəyə açılıb.