Orhus Universitetinin tədqiqatçılar qrupu Spotify musiqi xidmətinin məlumatlarını təhlil edərək, insanların oxuyarkən və yatarkən dinlədikləri musiqinin digər dinləmə ssenariləri ilə müqayisədə daha çox ümumi cəhətlərə malik olduğu qənaətinə gəliblər. Tədqiqat Scientific Reports jurnalında dərc olunub.
Elmi işin müəllifləri dərs və yuxu üçün çalğı siyahılarının keyfiyyət və kəmiyyət təhlilini aparıb və müəyyən ediblər ki, bu iki musiqi dinləmə ssenarisi oxşar xüsusiyyətlərə malikdir: yavaş temp və mahnıların təkrarlanan ritmləri.
Çox vaxt bu meyarlara pop, Lo-Fi, klassik musiqi və ambient kimi janrlar cavab verir.
Alimlər hesab edirlər ki, yuxu və dərs üçün çalğı siyahılarının oxşarlığını treklərin beyinə sakitləşdirici və rahatlaşdırıcı təsiri ilə izah etmək olar. Musiqinin yavaş tempi və təkrarlanan döyüntüləri ürək döyüntüsünü azaltmağa və stressi azaltmağa kömək edir, həm dərs oxumaq, həm də yatmaq üçün mükəmməl mühit yaradır.