İntel kriptovalyutada istifadə olunan çip istehsalını dayandırdı

09:40 19.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən böyük mikroçip istehsalçılarından olan İntel, kriptovalyutada istifadə edilən çip seriyalarının istehsalını dayandırdığını bildirib.

Hafta.az-ın yazdığına görə, İntel tərəfindən verilən şərhdə, "Blockscale 1000" seriyasının ömrünü tamamladığı, lakin şirkət İDM 2.0-a sərmayələrini prioritetləşdirdiyi üçün bu sahədə müştəri dəstəyinin davam edəcəyi ifadə edilib.

Şirkət kriptovalyuta məkanında bazar imkanlarını izləməyə davam edəcəyini vurğulayıb.

İntel-in saytındakı məlumata görə, şirkət oktyabr ayınadək "Blockscale" seriyası üçün sifarişləri qəbul etməyi və gələn ilin aprel ayına qədər tədarükü başa çatdırmağı planlaşdırır. 2021-ci ildə İntel istehsal, innovasiya və məhsul liderliyi hədəflərinə uyğun olaraq "İDM 2.0" strategiyasını açıqlayıb və bu çərçivədə investisiyalarını elan edib.