İnterpolun əməliyyatlarında 3700 nəfər saxlanılıb

08:53 27.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İnterpol 10-21 noyabr 2025-ci ildə keçirdiyi əməliyyatlarla bağlı məlumat yayıb.

Hafta.az xəbər verir ki, Baş ofisi Fransanın Lyon şəhərində yerləşən təşkilatın hazırladığı “Liberterra III” əməliyyatı 119 ölkədə eyni vaxtda icra olunub.

Əməliyyatda hüquq-mühafizə orqanlarının 14 mindən çox əməkdaşı iştirak edib.

Əməliyyatlar zamanı axtarışda olan 3700 nəfər saxlanılıb, 4700 nəfər zərərçəkən mühafizə altına alınıb, 13 min nəfərədək qanunsuz miqrant aşkar edilib.