İordaniyanın “Nayrouz” xəbər agentliyi Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Azərbaycan-Ermənistan sərhədindəki son gərginlik, Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozması ilə bağlı iddialarına dair açıqlamasını yayıb.
Azərbaycan XİN bu iddiaların tamamilə yalan olduğunu vurğulayaraq, sərhəd məsələlərinin kökündə duran səbəbin Ermənistanın 2020-ci ilin noyabrınadək Azərbaycan ərazilərini işğal altında saxlaması olduğunu bəyan edib. Rəsmi Bakı vurğulayıb ki, Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir.
Xəbərdə qeyd olunur ki, beynəlxalq ictimaiyyətin bəzi üzvlərinin son sərhəd gərginliyinə reaksiya verdiyini şərh edən Azərbaycan XİN-in sözçüsü sərhəd demarkasiyası və demilitasiyasının ikitərəfli məsələ olduğunu bildirib. Rəsmi Bakı bu texniki məsələnin təxribat xarakterli bəyanatlar və Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdildiyini təəssüflə qeyd edib.