Yazını böyüt
Yazını kiçilt
“Gürcüstanda 1921-ci il ssenarisi təkrarlanmadı və bu, gürcü hökumətinin ləyaqətidir”.
Hafta.az-ın yazdığına görə, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
Baş nazirin sözlərinə görə, konkret qüvvələr Gürcüstanda 1921-ci il ssenarisinin təkrarlanması üçün hər şeyi ediblər.
“Lakin hökumət ölkəmizdə əmin-amanlığın və təhlükəsizliyin qorunub saxlanması üçün əlindən gələni etdi. Gürcüstanda ikinci cəbhənin açılması üçün böyük səylərə baxmayaraq, biz bu mübarizədə uğur qazandıq. Radikal müxalifətlə birbaşa tələblər, çağırışlar, koordinasiya olub, lakin Gürcüstanda 1921-ci il ssenarisi təkrarlanmadı və bu, Gürcüstan hökumətinin uğurudur”, - deyə baş nazir bildirib.