Yazını böyüt
Yazını kiçilt
Təbrizin İran İslami Şura Məclisindəki nümayəndəsi Ruhullah Motəfəkkerazad Azərbaycan xalqını erməni işğalı altındakı torpaqların azad edilməsinin ildönümü münasibətilə təbrik edib.
Hafta.az-ın yazdığına görə, millət vəkili bu barədə şəxsi twitter səhifəsində yazıb. Motəfəkkerzad yazır: "İşğal olunmuş torpaqların azad edilməsi Azərbaycan Respublikası xalqı üçün dönüş nöqtəsidir. Bu mübarək hadisənin ildönümündə Azərbaycanın əziz insanlarının sevincinə şərik oluruq. Ümid edirik ki, otuz illik işğal və müharibə təcrübəsi sülhün qorunması və Cənubi Qafqazda başqaların xaos yaratmaq üçün xoşagəlməz hərəkətlərinin qarşısının alınması üçün ibrət olacaq".