İran səfərbər olanlar üçün Rusiya Federasiyası ordusunu gülləkeçirməz jilet və dəbilqə ilə təmin edəcək və Ukraynaya qarşı müharibədə “Arash-2” pilotsuz təyyarələri və ballistik raketlərdən istifadə etmək üçün müşavirlər göndərəcək.
Hafta.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
“Rusiya Federasiyasının səfərbər edilmiş silahlı qüvvələri İran istehsalı olan gülləkeçirməz jiletlər və dəbilqələrlə təmin olunmağa başlayıb, həmçinin İrandan Rusiya Federasiyasına pilotsuz təyyarələrdən istifadə üzrə yeni “məsləhətçilər” qrupları da gəlir”, - deyə kəşfiyyat xidməti bildirib.
Həmçinin, İran hakimiyyəti Rusiya silahlı qüvvələrinə yeni tipli PUA - “Arash-2” və İranın “yer-yer” raketlərinin döyüş istifadəsində yardım etmək üçün yeni məsləhətçilər qrupunu göndərməyi planlaşdırır. Onların tədarükünün yaxın vaxtlarda başlanması planlaşdırılır.