İran səfirliyi işğaldan azad edilmiş ərazilər üçün kitab toplama aksiyasına qoşulub

10:35 01.05.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Abşeron rayonunda səfərdə olub və işğaldan azad edilmiş ərazilərdə kitab fondlarının bərpası məqsədilə keçirilən kitab toplama aksiyasına İran səfirliyi də qoşulub.

Hafta.az-ın yazdığına görə, səfir Seyid Abbas Musəvi Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri və Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru ilə birlikdə Xırdalanda yerləşən Şəhidlər Xiyabanını ziyarət edib.

Daha sonra iştirakçılar Yanardağ abidəsinə baş çəkiblər, Abşeron rayon Tarix-Diyarşünaslıq muzeyini, Xırdalan şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Məlumatda qeyd edilir ki, nümayiş olunan eksponatlar haqqında iranlı diplomata geniş məlumat verilib. Sonda səfir Musəvi Abşeron ərazisində keçirilən və İcra Hakimiyyətinin də qatıldığı kitab toplama aksiyasına öz ölkələri adından kitablar hədiyyə edib.

Səfir bildirib ki, işğaldan azad edilmiş ərazilərdə kitab fondlarının bərpası gözəl ideyadır və bu məqsədlə keçirilən kitab toplama aksiyasına qatılmaqdan məmnunluq duyur.