İran və Rusiya Ermənistanı sevmir - erməni spiker

18:05 09.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İran geosiyasi dəyişikliklərin qəbuledilməzliyini bəyan edəndə bunu ilk növbədə özü üçün edir.

Hafta.az bildirir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Onun sözlərinə görə, İranın Ermənistanın tərəfində olması böyük sevgiyə görə deyil.

“O, dövlət maraqlarından çıxış edərək silah satır və onun daşınması ilə məşğul olur. Eyni şey Rusiyaya da aiddir.

Sizcə, Rusiya öz maraqlarını bir kənara qoyub deməlidir: “Biz erməniləri çox sevirik. Yaxşı konyakları var. Onda gəlin onlar üçün nəsə edək?.. Əlbəttə yox. Bütün ölkələrin, o cümlədən bizim də öz maraqları var”, - Simonyan bildirib.

Siyasət rubrikasından digər xəbərlər