İran vətəndaşı Azərbaycanda itkin düşüb

10:43 19.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda İran vətəndaşı itkin düşüb.

Hafta.az "Report"a istinadən xəbər verir ki, Masallı rayonu Türkoba kəndində quru meyvələrin satışı ilə məşğul olan, 1985-ci il təvəllüdlü, İran vətəndaşı Pourjafar Majid Ali oğlu iki gündür işlədiyi mağazada pasportunu və mobil telefonunu qoyaraq həmin yerdən naməlum istiqamətdə gedib və geri qayıtmayıb.

Araşdırma aparılır.