Yazını böyüt
Yazını kiçilt
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü general Turki əl-Malki bildirib ki, Krallığın təhlükəsizlik qüvvələri bu gün səhər saatlarında İrandan atılan daha 14 dronu ələ keçirərək məhv edib.
Hafta.az yazır ki, əl-Malki dronların hansı ərazidə məhv edildiyininə dair dəqiq heç nə deməyib.
Qeyd edək ki, İsrail və ABŞ fevralın 28-dən başlayaraq İrana hava zərbələri endirir.
İran isə müharibədə iştirak etməyən qonşu ölkələrin ərazilərinə cavab hücumu həyata keçirir və hərəkətini, guya həmin dövlətlərin ərazisində yerləşən ABŞ bazalarına hücum etdiyini deməklə özünü haqlı çıxarmağa çalışır.