İranda etirazlar - tək bir əyalətdə 200-dən çox şəxs saxlanıldı

19:38 24.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İran əyalətində 200-dən çox iğtişaşçıya qarşı ittiham irəli sürülüb

Əlborz vilayətinin Baş Prokurorluğunun rəhbəri Hüseyn Fazeli-Hərikəndi bildirib ki, İran Kerec şəhərində iğtişaş törədən 201 nəfəri ittiham edib.

“Son iğtişaşlarda təqsirləndirilən şəxslərin işi üzrə keçirilən ilk məhkəmə iclasında iğtişaşlarda fəal iştirak edən 201 nəfərə qarşı ittiham irəli sürülüb”, - Fars onun sözlərini sitat gətirib.

Şöbə müdiri əlavə edib ki, onların barəsində olan işlər əyalət məhkəmələrinə verilib və onlar hökm çıxaracaq.