İranın islahatçı lideri Mirhüseyn Musəvinin qızı oxuduğu universitetdən qovulub və ona müəllim kimi işləmək həmişəlik qadağan edilib.
Hafta.az-ın yazdığına görə, Yaşıllar Hərəkatının liderlərindən olan Zəhra Musəvi İnstaqram hesabında Zəhra Sənət Universitetinə aid sənədləri paylaşaraq yazıb: “İkinci dəfə son seçkilərin ortasında, həm də hər ikisində universitetdən qovuldum və bu işdə təhlükəsizlik qurumları aparıcı rol oynayıb”.
Musəvinin dərc etdiyi sənədlərə görə, Zəhra Universitetinin mühafizəsi bu qərarı o, qız tələbələrin hicabın könüllü olması tələblərini dəstəklədiyi üçün verib.
Mühafizə isə açıqlanan sənədlərdə universitet tələbələrinin paltarı məsələsində Zəhra Musəvi ilə münaqişə və mübahisə etdiklərini bildirib.
Zəhra Musəvi universitetin dosentidir, eyni zamanda universitetin tədris komitəsinin üzvüdür. Musəvi 20 illik müəllimlik fəaliyyətindən sonra işdən çıxarılıb.