Yazını böyüt
Yazını kiçilt
İranda ötən sutka ərzində 172 nəfər koronavirusdan (COVID-19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 63 332 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 890 nəfər koronavirusa yoluxub və virusa yoluxanların ümumi sayı 1 945 964 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 095 nəfərin vəziyyəti ağır qiymətləndirilir.