İranda “President Cup” turnirində taekvondoçularımız iki medal qazanıb

22:06 13.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Asiya regionu üzrə keçirilən "President Cup" beynəlxalq turnirində kişilər arasında yarışlarda iki taekvondoçumız medal qazanıb.

Hafta.az xəbər verir ki, Tehranda keçirilən G-2 kateqoriyalı turnirdə 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Taleh Süleymanov yarışın gümüş medalına sahib olub.

Digər təmsilçimiz Eltac Qafarov (74 kq) isə yarımfinalda məğlub olaraq turniri bürünc medalla başa vurub.