İranda terror aktı törədilib

23:25 21.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Sistan-Bəlucistan vilayətindəki Saravan şəhərində törədilən terror aktı nəticəsində 3 nəfər həlak olub.

Hafta.az İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanata istinadla xəbər verir ki, terrorçular Saravan şəhərinin mərkəzi meydanına silahlı hücum edib. Vilayətdə xidmət edən SEPAH-ın əsgərləri ilə terrorçular arasındakı silahlı toqquşmada yoldan keçən 3 nəfər həlak olub. Hadisə yerinə əlavə qüvvələr cəlb edilib. Genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, İranın bu vilayətində separatçı qüvvələrin olması haqqında məlumat çoxdan var. Sistan-Bəlucistan vilayəti Pakistan və Əfqanıstanla həmsərhəddir.