İranda zəlzələ qeydə alınıb

09:00 13.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün İranın şərqində 4,6 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 577 min nəfər əhalisi olan Kirmandan 53 km şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.