İranda zəvvarları aparan avtobus aşdı - 28 ölü, 23 yaralı

10:38 21.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gecə İranın mərkəzində yerləşən Yəzd vilayətində pakistanlı zəvvarları aparan sərnişin avtobusu aşıb.

Bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti açıqlama yayıb.

Bildirilir ki, İraq istiqamətində hərəkət edən sərnişin avtobusunun aşması nəticəsində 28 nəfər ölüb, 23 nəfər isə yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.