Tarixə istinad etsək, Rza Məhəmməd Şah ingilislərin planı əsasında hakimiyyətə gələndən sonra ölkədə bir millət, bir dövlət siyasətini yeritdi və İran adlanan ölkədə yaşayan digər millətlərə qarşı basqınlar oldu. Digər millətlərin öz dilində danışmasına yasaq qoyuldu. Xüsusən də Azərbaycan milli hərəkatları məhv edildi.
Bu fikirləri hafta.az-a hazırda ABŞ-da mühacir həyatı yaşayan Əli Süleymani deyib:
“Həmin siyasətin davamı odur ki, bu gün kənd, şəhərlər var ki, bir nəfər də türk orda qalmayıb. İnsanlar iş olan yerlərə gediblər, ədalətsizliklər var. Mədəniyyətimiz, məhv edilir. Bizi farslaşdırmaq, dilimizi məhv etmək istəyirlər. Azərbaycanın Urmiya gölünü niyə qurutdular, nədi - nədi millət ordan köçüb gəlib fars şəhərlərində yerləşsin. Urmu gölü quruyandan sonra oranın duzunu aparıb satırlar, qızıldan baha olan mədənləri talıyırlar. Bizə qarşı bu ədalətsizliklər təkcə yeraltı yerüsrtü sərvətlərimizlə bağlı deyil. Bizim mədəniyyətimizi, musiqi alətlərimizi, məklətblərimizi bağlayırlar. Dilimizdə bir dənə də məktəb yoxdur. Bu gün bu ədalətsizliyə dözməyib millət etirazlara çıxır.
Vaxtilə Təbriz bizim ikinci sənaye şəhəri idi. Amma orda olan zavodları dağıdıb yerlərinə pasajlar tikdilər. İran fars rejimi İsfahana o qədər sənaye yerləşdirdi ki, şəhər özü təbii gözəlliyini itirib. İsfahanda təhlükəli vəziyyət yaranıb. Çünki İran ana sənayeni farsların yaşadığı yerlərdə təmərgüzləşdrib. Ekoloqlar belə deyiblər ki, İsfahan şəhəri dağıla bilər.
Digər tərəfdən, İrandakı filayəti-fəqir sisteminin şiəliyə aidiyyatı yoxdur deyil. Müsəlmançılığıın müqəddəsliyi odur ki, din siyasətə qatılmasın. Çünki siyasətdə yalan var, kələk var, başqa oyunlar var. Dində belə oyunlarla maraqlanmaq dinçiliyə qarşıdır. Amma fars molla rejimi bunu qəbul eləmir. Tutaq ki, Nəcəf şəhəri İraqdadır və dünyanın birinci dini məktəbi sayılır. Böyük din adamlarının hamısı orda öyrənib gəliblər. Amma fars molla rejimi dəngəni dəyişib dini məktəbi Quma gətirdi. Bu ona görə baş verdi ki, öz düşüncələrini, təfəkkütünü yaysın. Lakin Nəcəfdəki ruhaniyyat “siyasətlə din bir yerdə ola bilməz” missiyasını qabağa aparır. Bu şiəçilik Xomeyninin şiəçiliyinə qarşıdır.