İrandan Britaniyaya ittiham

19:10 26.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bazar günü İranın cənub-şərqindəki Kirman əyalətində Böyük Britaniya ilə əlaqəli "təxribatçıların" həbsinə toxunaraq deyib:

"İranda baş verən son iğtişaşlarda bəzi ölkələrin, xüsusən də Qərbi Avropa ölkələrinin vətəndaşlarının açıq-aşkar rolu olub və təfərrüatlar var". IRNA xəbər verir.

“Biz xəbərdarlıq etmişdik ki, İranda etirazlar xalqın haqqıdır, lakin bəzi ölkələr etirazları iğtişaşlara çevirmək istəyirlər. İran belə bir yanaşmanı qəbul etməyəcək və bu ölkələr səhv hesablamalar aparıblar”.

Onun sözlərinə görə, konkret Qərb ölkələri indi öz səhv hesablamalarına arxayın olublar və İranda rejim dəyişikliyinə cəhd etmədiklərini bəyan edirlər.